Azərbaycanlı dünya çempionları Rumıniyada güləşəcək

 11:05 01.08.2019     396

Avqustun 2-dən 4-dək Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Yon Kornianu və Ladislav Simonun adına həsr olunmuş beynəlxalq turnir keçiriləcək.

Redaktor.az-ın məlumatına görə, Azərbaycanı bu yarışda 3 yunan-Roma güləşçi təmsil edəcək. 

Məşqçi Emin Əhmədovun rəhbərliyi altında ənənəvi turnirdə dünya çempionları Eldəniz Əzizli (60 kq) və Rəsul Çunayev (72 kq), eləcə də Beka Kandelaki (130 kq) mübarizə aparacaq.

Vumart və Güvən reklamı Vumart Güvən