“Qəbələ”nin futbolçuları “Malaqa”da hazırlıq keçəcəklər

 12:07 01.08.2019     335

“Qəbələ” Futbol Akademiyasının 17 yaşlı futbolçuları - Mehrac Baxşəli və Gülağa Əsədov İspaniyaya yola düşüblər. 

Redaktor.az-ın məlumatına görə, onlar səfər çərçivəsində "Malaqa" klubunda təcrübə keçəcəklər. 

Futbolçular bir aylıq hazırlıqdan sonra Qəbələyə geri dönəcəklər.

Qeyd edək ki, təcrübə AFFA-nın dəstəyilə təşkil olunub.