“Qarabağ” APOEL-lə Tofiq Bəhramov adına Respublika stadionunda oynayacaq

 12:13 01.08.2019     419

Ağdamın “Qarabağ” klubunun Çempionlar Liqasındakı növbəti oyunlarının vaxtı və saatı açıqlanıb.

Redaktor.az-ın məlumatına görə, Azərbaycan çempionu III təsnifat mərhələsində Kiprin APOEL klubu ilə ilk matçına avqustun 6-da çıxacaq. 

Nikosiyada təşkil ediləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 

Komandalar arasında cavab qarşılaşması avqustun 13-də Bakıda baş tutacaq. Oyun ilk 2 mərhələdə olduğu kimi, “Dalğa Arena”da deyil, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matçın start fiti saat 20:30-da veriləcək. 

Qeyd edək ki, “Qarabağ” I təsnifat mərhələsində Albaniya “Partizani”sinə, ardınca İrlandiya “Dandolk”una qalib gəlib.//Apa.az