Əmrə Morun “Qalatasaray”a keçidi rəsmiləşib

 15:00 02.08.2019     337

Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Redaktor.az-ın məlumatına görə, İstanbul təmsilçisi Türkiyə milli komandasının oyunçusu Əmre Moru icarəyə götürüb.

İspaniyanın “Selta” klubu ilə futbolçusu 2019/2020 mövsümündə “sarı-qırmızılar”ın formasını geyinəcək. “Qalatasaray” Viqo təmsilçisinə 600 min avro ödəyəcək. Futbolçunun özü isə bu keçiddən 725 min avro qazanacaq.

Müqaviləyə əsasən, istanbullular bir ildən sonra 8 milyon avro ödəməklə 22 yaşlı hücumçunu transfer edə bilərlər.//Apa.az