“Neftçi”nin hücumçusu bombardirləri siyahısında “10-luğ”a daxil olub

 16:20 02.08.2019     332

“Neftçi”nin futbolçusu Rauf Əliyev avrokuboklarda üç Azərbaycan klubunun heyətində qol sevinci yaşayan 3-cü futbolçu olub.

Redaktor.az-ın məlumatına görə, 30 yaşlı hücumçu paytaxt təmsilçisinin heyətində ilk avrokubok qolunu “Arsenal”ın qapısına vurub.

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda hesabı açan R.Əliyev Tula təmsilçisinin 3:0 hesabı ilə darmadağın olunmasının əsasını qoyub. Ardınca Dario Frederiko və Mamadu Mbodj da fərqlənib.

R. Əliyev bunadək “Qarabağ” və “Keşlə”nin heyətində də avrokuboklarda qol sevinci yaşamışdı. Ağdam klubunda üç, paytaxt təmsilçisində iki dəfə fərqlənən forvarda qədər yalnız iki oyunçu ölkəmizin 3 komandasında qol vurub.

Rəşad Sadiqov “Neftçi”də 4, “Qarabağ”da 3, “Zirə”də 1 dəfə rəqib qapısına yol tapıb. Georgi Adamiya “Neftçi”, “Qarabağ” və “Keşlə”nin hərəsində bir dəfə bunu bacarıb.

Qol hesabını 6-ya çatdıran R.Əliyev Azərbaycan klublarının heyətində ən çox qol vuran 10 futbolçu sırasına düşüb. İlk “onluğ”a daxil olan hücumçu 6 qol vuran digər dörd oyunçuya şərik çıxıb.

Ən yaxşı bombardirlər cədvəli isə aşağıdakı kimidir: 1. Reynaldo Silva – 11, 2. Rəşad Sadiqov – 8, 3-5. Rəşad Sadıqov, Riçard Almeyda, Əfran İsmayılov – 7, 6-10. Baçana Sxadadze, Markus Madera, Sergey Zenyov, Dani Kintana, Rauf Əliyev – 6.//Apa.az