“Barselona”nın futbolçusu “Zenit”ə keçib

 18:26 02.08.2019     351

İspaniyanın “Barselona” klubunun futbolçusu Malkom karyerasını Rusiyada davam etdirəcək.

Redaktor.az-ın məlumatına görə, 22 yaşlı braziliyalı yarımmüdafiəçi “Zenit” klubuna transfer olunub.

Şimallılar “sambaçı” ilə 5 illik müqavilə imzalayıb. O, 2024-cü ilin yayına qədər Sankt-Peterburq təmsilçisində çıxış edəcək.

Malkomun keçidi 40 milyon avroya başa gəlib. “Barselona” bonuslar hesabına daha 5 milyon qazana bilər. Futbolçunun özü isə ildə 6,5 milyon avro qazanacaq.

Qeyd edək ki, “Korintians”ın yetirməsi olan braziliyalı “Barselona”ya 2018-ci ilin yayında “Bordo”dan keçib. 41 milyon avroya alınan yarımmüdafiəçi ötən mövsüm 15 oyunda 1 qol vurub.//Apa.az