Lionel Messi millidən KƏNARLAŞDIRILDI

 10:44 03.08.2019     372

Argentina milli komandasının və İspaniya “Barselona”sının futbolçusu Lionel Messi cəzalandırılıb.

Redaktor.az-ın məlumatına görə, məşhur hücumçu yığmadan üç aylıq kənarlaşdırılıb.

Bu barədə qərarı Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) verib. Cəza müddəti qərar verildiyi gündən hesablanır. Öncədən 1 oyunluq cəza və 1,5 min dollar cərimə alan hücumçu ilə bağlı daha sərt qərar verilib.

Bu isə o deməkdir ki, 32 yaşlı forvard noyabrın əvvəlinə qədər Argentina yığmasının yoxlama və rəsmi matçlarından kənar qalacaq. O, Çili, Meksika və Almaniya ilə yoldaşlıq görüşlərini, həmçinin DÇ-2022-nin seçmə mərhələsinin ilk matçını buraxacaq.

L.Messi 50 min dollar cərimə də ödəməlidir. Futbolçu 7 gün ərzində apelyasiya verə bilər.

Qeyd edək ki, argentinalı Amerika kubokunun Braziliya ilə yarımfinal oyunundan sonra hakimləri və KONMEBOL-u sərt tənqid edib, bürünc medal uğrunda görüşdən sonra mükafatlandırma mərasiminə qatılmayıb.//Apa.az