“Napoli” meksikalı hücumçu alır

 14:00 03.08.2019     408

İtaliyanın “Napoli” klubu növbəti transferini reallaşdırır.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, A seriyası təmsilçisi meksikalı hücumçu İrvin Losanonu heyətinə qatmağa hazırlaşır.

Klub rəhbərliyi futbolçunun çıxış etdiyi Hollandiya PSV-si ilə keçidi barədə razılıq əldə edib. Transfer 42 milyon avroya başa gələcək.

Qeyd edək ki, neapollular 24 yaşlı hücumçunun özü ilə beş illik müqaviləni daha öncədən razılaşdırıblar.

Vumart və Güvən reklamı Vumart Güvən