Kişi basketbolçu dopinq testdə hamilə “çıxdı”
O, 2020-ci ilin yayınadək bütün yarışlardan kənarlaşdırılıb
Redaktor.az xəbər verir ki, son olaraq Fransanın "Monako" klubunda çıxış edən basketbolçu DJ Cooper 2020-ci ilədək bütün yarışlardan kənarlaşdırılıb.
Buna idmançının dopinq testdən yayınması səbəb olub.
Əslində, o, dopinq testi üçün sidik nümunəsi təqdim edib. Analiz zamanı isə onun hamilə olduğu üzə "çıxıb".
Sonradan məlum olub ki, basketbolçu dopinqdən canını qurtarmaq üçün laboratoriyaya sevgilisinin sidiyini verib.
Bu dələduzluğa görə, basketbolçu 2020-ci ilin yayınadək bütün yarışlardan kənarlaşdırılıb. (Qafqazinfo)












