AİBA-nın prezident seçkilərinin vaxtı dəyişdirilə bilər

 13:00 05.08.2019     377

Beynəlxalq Həvəskar Boks Assosiasiyasına (AİBA) prezident seçkilərinin vaxtı dəyişdirilə bilər.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, bunu AİBA-nın icraçı direktoru Tom Vircets açıqlayıb. 

Qurum rəsmisi bildirib ki, bu il oktyabrın 15-də keçirilməli olan növbədənkənar konqres 2020-ci ilin martınadək təxirə düşə bilər. Prezidentin seçiləcəyi konqresin 5 ay yubanması AİBA-nın daha uzun müddət rəhbərsiz qalması ilə nəticələnəcək. 

Qeyd edək ki, AİBA-nın sabiq prezidenti Qafur Rəhimov səlahiyyətlərini ötən ay təhvil verib. 

Vumart və Güvən reklamı Vumart Güvən