“Qarabağ”ın Avropa Liqasındakı mümkün rəqibləri bilinib

 16:34 05.08.2019     360

Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Redaktor.az-ın məlumatına görə, avrokuboklarda mübarizəni davam etdirən Azərbaycan klubunun da rəqibi müəyyənləşib.

Çempionlar Liqasında uğurla çıxış edən “Qarabağ”ın Kipr APOEL-i ilə pley-off mərhələsindəki cütünün mümkün rəqibi dəqiqləşib. Ağdamlıların cütündə uduzan komanda Avropa Liqasının "Sutyeska" (Monteneqro) – “Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. APOEL – “Qarabağ” görüşünün uğursuzu ilk matçı səfərdə keçirəcək.

Qeyd edək ki, Avropa Liqasının pley-offu avqustun 21-də və 28-də keçiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən