"Liverpul"da yeni qapıçı - RƏSMİ
"Liverpul" heyətinə yeni futbolçu cəlb edib.
Redaktor.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İngiltərə təmsilçisi 32 yaşlı qapıçı Adrianın transferini bitirib. O, "Liverpul"a azad agent kimi seçib.
Britaniya mətbuatı ispan qolkiperlə 2+1 müqavilə imzalandığını yazıb.
Qeyd edək ki, Adrian 2013-cü ildən oynadığı "Vest Hem"dən ötən mövsümün sonu ayrılıb.












