İngiltərənin Premyer Liqa klubu Azərbaycan millisinin üzvünü TRANSFER ETDİ
İngiltərə Premyer Liqasında çıxış edən “Vulverhempton” klubu Azərbaycan millisinin futbolçusu Renat Dadaşovu transfer edib.
Redaktor.az xəbər verir ki, Vulverhempton şəhərinin eyni adlı təmsilçisi 20 yaşlı hücumçunu Portuqaliyanın I divizonunda yer alan “Eştoril”dən alıb və dərhal da icarəyə verib.
Dadaşov növbəti mövsümdə Portuqaliya Premyer Liqasında yarışan “Pakuş de Ferreyra”nın formasını geyinəcək.
Transferin məbləği və müqavilənin detalları barədə məlumat verilmir.//Report.az












