“Oyun keyfiyyətlərimi artıra biləcəyimə inanıram” - Renat Dadaşov

 17:57 06.08.2019     536

“Yeni klubumda daha çox qol vuracağıma ümid edirəm”.

Redaktor.az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin futbolçusu Renat Dadaşov deyib.

Portuqaliyanın “Eştoril” klubundan İngiltərə Premyer Liqa təmsilçisi “Vulverhempton”a transfer olunan, ardınca “Pakoş de Ferreyra”ya icarəyə verilən 20 yaşlı hücumçu keçidinə münasibət bildirib. Yenidən Portuqaliyada çıxış edəcək forvard Primeyra təmsilçisinə keçidi barədə danışıb: “Komandama yaxşı mövsüm keçirməkdə kömək etməyə çalışacağam. Eyni zamanda, öz oyun keyfiyyətlərimi də artıra biləcəyimə inanıram. Burada oynamaqla Primeyra təcrübəsi də qazanacağam”.

Qeyd edək ki, Almaniya futbolunun yetirmələri olan, əvvəl bu ölkənin, ardınca Azərbaycan yığmalarının şərəfini qoruyan R.Dadaşov bu gün “Vulverhempton”la 4 illik müqavilə imzalayıb. O, 2019/20 mövsümün icarə əsasında “Pakoş de Ferreyra”da keçirəcək. 

Vumart və Güvən reklamı Vumart Güvən