“Qarabağ" - APOEL matçının biletləri SATIŞDA

 15:13 07.08.2019     395

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – APOEL matçının biletləri satışa çıxarılıb.

Redaktor.az-ın məlumatına görə, avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın biletləri sektorlar üzrə 2, 5, 10 və 50 manatdır.

Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassaları, Gənclik və 28 Mall (iticket satış məntəqəsi), Park Bulvar AVM (iticket satış məntəqəsi), ASAN 2, 3 (Yasamal, Amay t/m) və İticket.az (onlayn) saytı vasitəsilə əldə edə bilərlər.

Vumart və Güvən reklamı Vumart Güvən