“Beşiktaş” İspaniya millisinin sabiq müdafiəçisini TRANSFER ETDİ

 17:08 07.08.2019     393

Türkiyənin “Beşiktaş” klubu növbəti transferini rəsmiləşdirib.

Redaktor.az-ın məlumatına görə, İstanbul təmsilçisi ispaniyalı futbolçu Viktor Ruiz Torre ilə müqavilə imzalayıb.

Ötən mövsüm İspaniyanın “Vilyarreal” klubunda oynayan 30 yaşlı müdafiəçi ilə 3 illik anlaşma əldə olunub. Artıq tibbi müayinədən də keçən arxa xətt oyunçusu 2022-ci ilin yayına qədər “ağ-qaralar”ın formasını geyinəcək.

Qeyd edək ki, vaxtilə İspaniyanın U-17, U-19 və U-21 yığmalarında oynamış müdafiəçi karyerası ərzində “Espanyol”, “Valensiya” və “Napoli”də də çıxış edib.//Apa.az

Vumart və Güvən reklamı Vumart Güvən