APOEL-in baş məşqçisi “Qarabağ”a uduzduğu üçün İSTEFAYA GÖNDƏRİLDİ

 12:51 08.08.2019     300

Kiprin APOEL futbol klubunun baş məşqçi Paulo Tramezani istefaya göndərilib. 

Redaktor.az-ın klubun saytına istinadən məlumatına görə, 49 yaşlı çalışdırıcı ilə müqaviləyə qarşılıqlı şəkildə xitam verilib. 

Onunla yolların ayrılmasında Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Azərbaycan çempionu “Qarabağ”a 1:2 hesabı ilə uduzması rol oynayıb. İtaliyalı mütəxəssisi hələlik kimin əvəzləyəcəyi açıqlanmayıb. 

Qeyd edək ki, APOEL “Qarabağ”la cavab oyununu avqustun 13-də Bakıda keçirəcək.//Apa.az

Vumart və Güvən reklamı Vumart Güvən