Azərbaycan klubu paraqvaylı hücumçu ilə müqavilə imzalayıb

 14:27 08.08.2019     385

Bakının “Keşlə” futbol klubu növbəti transferini rəsmiləşdirib. 

Redaktor.az-ın məlumatına görə, paytaxt təmsilçisi paraqvaylı Lorenzo Frutosla müqavilə imzalayıb. 

30 yaşlı hücumçu 2019/20 mövsümündə “Keşlə”də çıxış edəcək. L. Frutos Azərbaycan klubuna Venesuelanın "Deportivo Lara" komandasından gəlib. 

Qeyd edək ki, o, daha öncə Paraqvayın “Sol de America”, “Rubio Nu”, “İndependyente” və Salvadorun “Santa Tecla” klublarında da oynayıb.

Vumart və Güvən reklamı Vumart Güvən