APOEL-i "Qarabağ"la ikinci oyuna yeni baş məşqçi çıxaracaq

 16:12 08.08.2019     437

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi Kiprin APOEL klubunun yeni baş məşqçisinin adı dəqiqləşib. 

Redaktor.az-ın məlumatına görə, bu gün italiyalı Paolo Trametsani ilə yollarını ayıran komanda Tomas Dolla anlaşıb. 

APOEL almaniyalı mütəxəssislə 2 illik müqavilə imzalayıb. İlk görüşdə “Qarabağ”a 1:2 hesabı ilə uduzan kiprliləri cavab matçına məhz T. Dolla çıxaracaq.

53 yaşlı mütəxəssis daha öncə vətənində “Hamburq”, “Dortmund” (Borussiya), “Hannover”, Türkiyədə “Gənclərbirliyi”, Səudiyyə Ərəbistanında “Əl-Hilal” və Macarıstanda “Ferentsvaroş” klublarında işləyib. 

Qeyd edək ki, Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq ikinci görüş avqustun 13-də, saat 20:30-da başlayacaq. //Apa.az

Vumart və Güvən reklamı Vumart Güvən