Azərbaycanlı FİFA hakimi Çempionlar Liqasının oyununu idarə edəcək

 16:48 08.08.2019     322

Azərbaycanlı hakim Əliyar Ağayev UEFA Çempionlar Liqasının oyununa təyinat alıb. 

Redaktor.az-ın məlumatına görə, FİFA referisi III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək LASK (Avstriya) – “Bazel” (İsveçrə) qarşılaşmasının baş hakimi olacaq. 

Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək. 

Qeyd edək ki, matç avqustun 13-də keçiriləcək. İlk oyunda LASK 2:1 hesabı ilə qalib gəlib. 

Vumart və Güvən reklamı Vumart Güvən