“2003-cü ildə mənimlə 50 komanda maraqlanırdı” - Ronaldo

 15:18 09.08.2019     100

“Mançester Yunaytet”lə yoxlama oyunumuz “Sportinq”in yeni stadionunda ilk matç idi. Mən çox motivasiyalı və xoşbəxt idim”. 

Redaktor.az-ın məlumatına görə, bunu Portuqaliya millisinin və İtaliyanın “Yuventus” klubun futbolçusu Kriştiano Ronaldo deyib. 

34 yaşlı portuqaliyalı hücumçu 2003-cü ildə keçirilən “Sportinq” – “Mançester Yunaytet” oyununu xatırlayıb. O bildirib ki, karyerasında ən yaddaqalanı olub:

“Bilirdim ki, yaxşı oynasam, tək Mançester təmsilçisinin deyil, digər komandaların da diqqət mərkəzində olacağam. Amma düzünü deyim ki, qol vurmağım o qədər də vacib deyildi. Əgər, həmin matçda fərqlənsəydim, ola bilərdi ki, mənimlə 100 klub maraqlansın. Amma qol vurmadığımdan mənimlə 50-yə komanda maraqlandı. Düşünürəm ki, ən vacibi yaxşı oynayıb, komandaya kömək etməkdir. Həmin qarşılaşmada klubum qalib gəldi. Qol vurmadan da mənə maraq artdı”.

Qeyd edək ki, K. Ronaldo 2003-2009-cu illərdə “Mançester Yunaytet”də oynayıb.//Apa.az