“Real”dan “Qarabağ”ın potensial rəqibinə 55 MİLYONLUQ TƏKLİF

 17:35 09.08.2019     98

Çempionlar Liqasının pley-offunda Azərbaycan təmsilçisi “Qarabağ”ın potensial rəqibi olan “Ayaks” daha bir aparıcı futbolçusunu itirə bilər.

Redaktor.az-ın məlumatına görə, Hollandiya çempionunun oyunçusu Donni Van de Bek İspaniya “Real”ının diqqət mərkəzinə düşüb.

Heyətini yeni yarımmüdafiəçi ilə gücləndirmək niyyətində olan “Kral klubu” hollandiyalı üçün 55 milyon avro transfer məbləği təklif edib. Fransalı Pol Poqbanı “Mançester Yunayted”dən ala bilməyən madridlilər 22 yaşlı yarımmüdafiəçiyə “elçi düşüblər”.

Qeyd edək ki, D.Van de Bek karyerası ərzində yalnız “Ayaks”da çıxış edib.//Apa.az