"Qalatasaray" daha bir ulduzun keçidini tamamladı

 18:39 10.08.2019     96

Türkiyənin "Qalatasaray" klubu Fransanın "Monako" komandasında çıxış edən Radamel Falkaonun keçidini yekunlaşdırıb. 

Redaktor.az  "TRT Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 33 yaşlı hücumçunun transferi üçün klubu ilə razılıq əldə edib. 

Kolumbiyalı forvadın avqustun 12-də İstanbula gedəcəyi bildirilib. 

Qeyd edək ki, Radamel Falkao karyerası ərzində İngiltərənin "Çelsi", "Mançester Yunayted" və İspaniyanın "Atletiko" komandasının da formasını geyinib. (Offsideplus.az)