"Barselona" "Napoli"ni darmadağın edib - Qrizmann ilk qolunu vurub

 09:28 11.08.2019     422

İspaniyanın "Barselona" klubu yoldaşlıq oyununda İtaliya "Napoli"sini darmadağın edib.

Redaktor.az report.az-a istinadən xəbər verir ki, ABŞ-ın Enn-Arbor şəhərinin "Miçiqan" stadionunda baş tutan görüş 4:0 hesabı ilə katalonların xeyrinə yekunlaşıb.

Oyunda bütün qollar ikinci hissədə vurulub. Luis Suares dubl etdiyi halda, Usman Dembele və Antuan Qrizmann hərəyə bir dəfə fərqlənib. Bu həm də Qrizmannın yeni komandasında ilk qolu olub.

Yoldaşlıq oyunu (klublar)

"Napoli" - "Barselona" - 0:4

Qollar: 0:1 – Suares – 48, 0:2 – Qrizmann – 56, 0:3 – Suares – 58, 0:4 – Dembele – 63.

Vumart və Güvən reklamı Vumart Güvən