"Beşiktaş" yeni transferini təqdim etdi

 21:19 12.08.2019     343

“Beşiktaş” növbəti transferini rəsmiləşdirib.

Redaktor.az klubun saytına istinadən xəbər verir ki,  İstanbul təmsilçisi Fransanın “Genqam” klubunun müdaifəçisi Pedro Rebeşunu 1 illik icarəyə götürüb. 

Qeyd edək ki, "Benfika"nın yetirməsi olan Rebeşu ötən mövsüm Fransa Liqasında 36 oyuna 8 qol ötürməsi edib.

Rüfət Xəlil/Redaktor.az