Məşhur futbolçu karyerasını BİTİRDİ

 03:24 13.08.2019     395

Hollandiya millisinin sabiq üzvü Uesli Sneyder futbolçu karyerasını başa vurub.

Redaktor.az-ın Rusiya mediasın istinadən yaydığı xəbərə görə, bu barədə 35 yaşlı oyunçunun özü məlumat verib.  O, "Utrext" klubunun stadionundan 1 illiyə loja aldığını bildirib.

Qeyd edək ki, U.Sneyderin son klubu "Al-Qarafa" (Qətər) olub. O, karyerası ərzində "İnter", "Real", "Ayaks" və "Qalatasaray" və "Nitsa"da oynayıb.

Rüfət Xəlil / Redaktor.az