Bakı klubu avrokubokda hər iki oyununu səfərdə keçirəcək

 16:45 14.08.2019     317

Qadın voleybolçulardan ibarət “Azəryol” klubunun avrokubokdakı matçlarının vaxtı dəqiqləşib. 

Redaktor.az-ın məlumatına görə, EHF kubokunda debüt edəcək Bakı təmsilçisi Ukraynanın “Qaliçanka” klubu ilə ilk matçına sentyabrın 7-də çıxacaq. 

Lvovda baş tutacaq oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Paytaxtımızda keçirilməli cavab oyununu da bu şəhər qəbul edəcək. “Azəryol”in “Qaliçanka” ilə ikinci qarşılaşması sentyabrın 8-nə təsadüf edəcək. Görüş isə saat 19:00-da başlayacaq.