Ukraynalı futbolçu “Sabah”la sosial şəbəkə vasitəsilə vidalaşıb

 13:29 15.08.2019     312

Ukraynalı futbolçu Marko Deviç Bakının “Sabah” klubu ilə yollarını ayırıb. 

Redaktor.az-ın xəbərinə görə, Serbiya əsilli hücumçu bu barədə sosial şəbəkədə paylaşım edərək, komanda ilə vidalaşıb. 

36 yaşlı M. Deviç “Sabah”a hər şey üçün təşəkkür edib. 

Qeyd edək ki, hücumçu Azərbaycan klubuna ötən mövsüm transfer olunub. O, Premyer Liqada 21 oyunda 8 dəfə fərqlənib.