UEFA 2018/2019 mövsümünün ən yaxşısı adına namizədlərin adlarını açıqlayıb

 17:27 15.08.2019     301

UEFA 2018/19 mövsümün ən yaxşı kişi futbolçu adına namizədlərin adlarını açıqlayıb. 

Redaktor.az-ın məlumatına görə, siyahıda 3 oyunçu yer alıb. 

Bunlar “Yuventus”un hücumçusu Kriştianu Ronaldo, “Barselona”nın kapitanı Lionel Messi və “Liverpul”un müdafiəçisi Vircil van Diykdir. Onların hansının qalib olacağı avqustun 29-da Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq. 

Qeyd edək ki, Monakoda baş tutacaq tədbirdə mövsümün ən yaxşı qadın futbolçusunun da adı bəlli olacaq. Bu ada Lyusi Bronz, Ada Hederberq və Amandin Anri iddialıdırlar. Hər 3 fufbolçu Fransa “Lion”unun üzvləridir.