Makqreqor viski içmədiyinə görə yaşlı kişini vurdu - VİDEO

 23:20 15.08.2019     328

Məşhur döyüşçü Konor Makqreqor növbəti dəfə qalmaqala səbəb olub.

Redaktor.az xəbər verir ki, irland idmançı Dublində yerləşən gecə klublarının birində yaşlı kişini döyüb. Onun yaşlı kişinin üzünə yumruqla zərbə endirməsinin görüntüləri yayılıb.

Buna səbəb isə həmin şəxsin Makqreqorun içki təklifindən imtina etməsi olub. Belə ki, Konor barın müştərilərini viskiyə qonaq edib. Lakin yaşlı kişi onun viskisini içməkdən imtina edib və bu idmançının xoşuna gəlməyib.//Qaynarinfo