“Qarabağ”ın “Linfild”lə oyunlarının başlama saatı AÇIQLANIB

 10:37 16.08.2019     314

Ağdamın “Qarabağ” klubunun növbəti avrokubok oyunlarının vaxtı açıqlanıb. 

Redaktor.az-ın məlumatına görə, Avropa Liqasının pley-off mərhələsinin “Linfild”lə oyununun başlama saatı dəqiqləşib. 

Şimali İrlandiya təmsilçisi ilə avqustun 22-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:45-də start götürəcək. “Qarabağ” səfər oyununa Belfastda “Vindsor Park”da çıxacaq. 

Avqustun 29-da Bakıda baş tutacaq matç isə saat 20:00-da başlayacaq. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.