Cüdoçumuz reytinq cədvəlində birinci pillədəki YERİNİ QORUDU

 16:15 16.08.2019     326

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq siyahısını açıqlayıb. 

Redaktor.az-ın məlumatına görə, cədvəlin ilk “20-liy”ində Azərbaycan millisinin 7 idmançısı yer alıb. 

Komandamızın heyətində ən yaxşı nəticə yenə Rüstəm Orucova (73 kq) məxsusdur. Olimpiya mükafatçımız öz çəkisində birinci pillədə qərarlaşıb. Onun kimi, 73 kq çəkidə mübarizə aparan Hidayət Heydərovun da yeri dəyişməz qalıb. Həmyerlimiz son siyahıda 6-cıdır. 

Cüdoçularımızdan İrina Kinzerska (+78 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri (+100 kq) və Zelim Kotseyev (100 kq) də mövqelərini qoruyublar. Onlar yenə müvafiq olaraq, 5-ci, 10-cu, 15-ci və 18-ci pillədədirlər. 

Milli üzvlərindən yalnız Məmmədəli Mehdiyev (90 kq) geriləyib. Bir rəqibini özündən irəli buraxan idmançı cədvəldə 4-cü pillədə yer alıb.