"Barselona" son 11 ildə ilk dəfə çempionata QƏLƏBƏSİZ BAŞLADI

 11:01 17.08.2019     333

“Barselona” klubu son 11 ildə ilk dəfə İspaniya çempionatına qələbəsiz başlayıb.

Redaktor.az-ın məlumatına görə, son çempion La Liqanın ilk turunda “Atletik Bilbao” ilə səfər matçında 0:1 hesablı məğlubiyyətlə üzləşib..

“Barselona” bundadək ilk turdakı son xal itkisi ilə 2008-ci ildə üzləşib. Həmin vaxt “Numansiya” adlı-sanlı rəqibini 1:0 hesabı ilə yenib.

“Atletik”in qələbə qolunu Atits Aduris vurub.