UEFA statistikanı açıqladı: "Qarabağ" bu göstəricidə bütün klubları geridə qoydu

 11:59 18.08.2019     403

 Çempionlar Liqasında təsnifat mərhələlərinin statistikası açıqlanıb. 

Redaktor.az offsideplus.az-a istinadən xəbər verir ki, turnirin 3-cü təsnifat mərhələsində mübarizəni dayandıran təmsilçimiz “Qarabağ” öz göstəricisi ilə fərqlənməyi bacarıb.

Təsnifat mərhələsində ən çox künc zərbəsini Ağdam klubu yerinə yetirib. “Qarabağ” 39 dəfə künc zərbəsi vurub.

İlk beşlikdə isə “Qarabağ”dan başqa “Seltik” (Şotlandiya, 38), CFR Kluj (Rumıniya,35), “Srvena Zvezda” (Serbiya, 34) və “Ferençvaroş” (Macarıstan, 31) qərarlaşıb.

“Qarabağ” təsnifat mərhələsinin 6 oyununda çərçivəyə 25 zərbə endirib ki, bunlardan 8-i qol olub.