“Fənərbaxça” futbolçusunu İCARƏYƏ VERDİ

 17:57 19.08.2019     310

Türkiyənin “Fənərbaxça” klubunun futbolçusu Mixael Freyi icarəyə verib.

Redaktor.az-ın məlumatına görə, 25 yaşlı isveçrəli hücumçu karyerasını Almaniyada davam etdirəcək.

O, qarşıdakı bir il ərzində “Nürnberq”in şərəfini qoruyacaq. Klublar arasında anlaşmaya əsasən, icarə müddəti bitəndən sonra almaniyalılar futbolçunu transfer etmək hüququ əldə edəcək.

Qeyd edək ki, “Nürnberq” Almaniyanın 2-ci Bundesliqasında çıxış edir.//Apa.az