Məşhur futbolçu prezidentliyə namizəd oldu

 21:37 19.08.2019     377

"Çelsi" və "Qalatasaray"ın sabiq futbolçusu Didye Droqba Fil Dişi Sahili Futbol Federasiyası prezidentliyinə namizədliyini irəli sürüb.


Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, veteran hücumçu seçim hazırlıqlarına başlayıb. Droqba ilə yanaşı Fil Dişi Sahili millisinin digər sabiq üzvü Bonaventure Kalu da namizədliyini irəli sürüb.

Qeyd edək ki, Federasiya prezidentliyinə seçkilər bu ilin dekabrında olacaq.