"Fənərbaxça" rəqibini darmadağın etdi - Əmrə Bəlözoğlu 39 yaşında qol vurdu

 01:22 20.08.2019     412

Türkiyə Superliqasında yeni mövsümün ilk turuna yekun vurulub.

Redaktor.az xəbər verir ki, turun son oyununda "Fənərbaxça" klubu öz meydanında liqanın debütantı "Qazişəhər Qaziantep"i qəbul edib. 

"Şükrü Saracoğlu" stadionunda keçirilən görüş İstanbul təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Fənərbaxça"nın üzvü Əmrə Bəlözoğlu isə 39 yaşında qol vurmağı bacarıb.

Rüfət Xəlil / Redaktor.az