Yığmamız beynəlxalq turnirdə iştirak edəcək

 12:34 20.08.2019     382

17 yaşadək futbolçulardan Azərbaycan yığma komandası avqustun 24-dən 31-dək Ukraynanın Kiyev şəhərində təşkil olunacaq beynəlxalq turnirdə (Viktor Bannikov turniri) iştirak edəcək.

Redaktor.az-ın məlumatına görə, avqustun 20-dən 24-dək Bakıda təlim-məşq toplanışında olacaq yığmamız Viktor Bannikov turnirində Ukrayna, Latviya və İsrail komandaları birgə A qrupunda mübarizə aparacaq.