Məhəmmədrəsul Məcidov peşəkar boksda - Nyu-Yorkda döyüşə çıxır

 00:54 21.08.2019     610

Üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov peşəkar boksa keçib.

Bu barədə məlumatı Azərbaycan Boks Federasiyasının şöbə müdiri Fariz Məmmədov verib.

Onun sözlərinə görə, boksçumuz sentyabrın 13-də ABŞ-ın Nyu-York şəhərində ilk döyüşünə çıxacaq. Bu, səkkiz raundluq reytinq döyüşü olacaq. Məmmədov özünün də həmin döyüşə fəxri qonaq qismində dəvət aldığını bildirib. /qol.az/