“Qarabağ” mübarizədən kənarlaşdıran APOEL MƏĞLUB OLMADI

 10:05 21.08.2019     432

UEFA Çempionlar Liqasının play-off mərhələsinin oyunları keçirilib. Redaktor.az xəbər verir ki, “Qarabağ”ı üçüncü təsnifat mərhələsində mübarizədən kənarlaşdıran Kiprin APOEL klubu öz meydanında Hollandiya təmsilçisi “Ayaks”ı qəbul edib. Görüş qolsuz bərabərliklə yekunlaşıb. 

Digər oyunlarda Belçikanın “Brügge” klubu səfərdə LASK-ı (Avstriya), Çexiyanın “Slaviya” komandası isə Rumıniyada ÇFR-i minimal hesabla (1:0) məğlub edib. 

LASK (Avstriya) – “Brügge” (Belçika) - 0:1 

APOEL (Kipr) – “Ayaks” (Hollandiya) - 0:0 

ÇFR (Rumıniya) – “Slaviya” (Çexiya) - 0:1.