Azərbaycan və İran sərhədçilərinin idman yarışları keçiriləcək

 11:53 21.08.2019     340

Azərbaycan və İran sərhədçilərinin idman yarışları keçiriləcək.

Bunu İranın Sərhəd Qoşunlarının komandanı general-mayor Qasim Rzayi ekskluziv açıqlamasında deyib.

Azərbaycan və İran sərhədçiləri arasında əlaqələrin yüksək səviyyədə qurulduğunu deyən Q.Rzayi bildirib ki, iki ölkənin sərhədçiləri çox yaxşı və yaxın münasibətlərə sahibdir.  “Mən Azərbaycan Prezidenti İlham Əliyevlə 3 dəfə görüşmüşəm. Bu görüşlərdə də iki ölkə arasında yaxşı əməkdaşlıq münasibətlərinə toxunulub. Elçin Quliyevlə də koordinasiyalı əməkdaşlığımız mövcuddur”.

İki ölkənin 750 kilometrdən artıq müştərək sərhədə sahib olduğunu bildirən Q.Rzayi deyib ki, bu qədər uzun sərhəd bölgəsində iki ölkə sərhədçilərinin koordinasiyalı əməkdaşlığı mövcuddur. 

Azərbaycan və İran sərhəd komandanlıqlarının gələcək əməkdaşlıq planlarından da danışan Q.Rzayinin sözlərinə görə, bu il Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti İranda səfərdə olacaq: "Keçiriləcək görüşlərdə  indiyədək görülmüş işlər və əldə olunmuş razılıqların icrası, eləcə də  yeni əməkdaşlıq proqramları haqqında danışacağıq".

Q.Rzayi onu da deyib ki, hazırda iki ölkənin sərhədçi idman komandalarının yarışlarını təşkil etmək məsələsi müzakirə olunur: "Biz bu cür yarışların keçirməsində maraqlıyıq“.//Apa.az