“Keşlə” Futbol Klubunda kadr dəyişikliyi olub

 18:23 21.08.2019     545

“Keşlə” Futbol Klubunun strukturunda kadr dəyişikliyi həyata keçirilib. 

Redaktor.az-ın məlumatına görə, Bakı təmsilçisinin mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov Texniki Qeydiyyat şöbəsinin rəhbəri vəzifəsinə təyin edilib.

İdarə Heyətinin digər qərarı ilə mətbuat xidmətinin rəhbəri vəzifəsi Murad Axundova həvalə olunub.

Vumart və Güvən reklamı Vumart Güvən