Ulduz futbolçu "Trabzonspor"da - RƏSMİ

 21:58 21.08.2019     598

"Liverpul"un ulduz futbolçusu Daniel Starricin "Trabzonspor"a keçidi rəsmiləşib.

Redaktor.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, ingilis hücumçu ilə 3 illik müqavilə bağlanıb. Onun 2019/2020 və 2020/2021 mövsümlərində 1.5 milyon avro maaş alacağı bildirilir. 

Qeyd edək ki, Daniel Starric 2013-2019-cu illər ərzində "Liverpul" klubunun şərəfini qoruyub. O, 6 il ərzində keçirdiyi 116 oyunda rəqib qapılarına 50 qol vurub.

Rüfət Xəlil / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən