AVRO-2020-nin sponsorlarının nümayəndələri Bakıda səfərdədir

 15:22 22.08.2019     463

AVRO-2020-nin Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək 4 oyunu ilə əlaqədar Avropa çempionatının sponsoru olan şirkətlərin nümayəndələri Bakıya gəlib.

Redaktor.az-ın məlumatına görə, bu gün BOS-da “Alipay”, “Booking.com”, “FedEx”, “Hisense”, SOCAR və “Volskwagen” şirkətlərinin təmsilçilərinin iştirakı görüş təşkil olunub.

Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov salamlama nitqi ilə çıxış edib. AVRO-2020-nin sponsoru olan şirkətlərin nümayəndələri Bakı Olimpiya Stadionu, həmçinin çempionat dövründə fəaliyyət göstərəcək Fan Zonanın yerləşəcəyi ərazi ilə tanış olublar.

Qeyd edək ki, 2020-ci ildə Avropa çempionatının 4 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun 3 qarşılaşması, iyulun 4 isə 1/4 final mərhələsinin 1 matçı BOS-da keçiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən