“Qarabağ” üçün çətin QARŞILAŞMA
Avropa Liqasındakı yeganə təmsilçimiz “Qarabağ” klubu bu gün pley-off mərhələsində ilk oyununa çıxacaq.
Redaktor.az xəbər verir ki, Ağdam klubu Şimali İrlandiya səfərində “Llinfild”lə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Cavab qarşılaşması isə avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.












