"Qarabağ" "Linfild"ə məğlub oldu

 01:22 23.08.2019     396

Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.


Redaktor.az-ın məlumatına görə, Qurban Qurbanovun yetirmələri Avropa Liqası turniri çərçivəsində Şimali İrlandiyanın “Linfild” klubu ilə görüşüb.
Təmsilçimiz pley-off mərhələsinin ilk oyununu səfərdə keçirib. Belfastın “Vindzor Park” stadionundakı qarşılaşmaya daha fəal başlayan Ağdam klubu ilk yarıda hesabı açmağa nail olub. Faysal Rerras meydan sahiblərini dəqiq zərbə ilə məyus edib.
Lakin Şimali İrlandiya çempionu fasiləyədək  hesabda önə keçib. 2-1 
İkinci hissədə çempionumuz məğlubiyyətdən qaçmaq üçün hucumlara keçib. Lakin sürətli əks-hücumlardan birində “Linfild” 3-cü qolu vurub.  Ağdamlılar görüşün sonunda bu qollardan birinin əvəzini penaltidən çıxa bilib. Maqaye Qeye 11 metrlik nöqtədən dəqiq oynayıb – 2:3.
Beləliklə, səfərdə 2:3 hesabı ilə uduzan “Qarabağ” ardıcıl ikinci məğlubiyyətlə barışıb. 
Qeyd edək ki, cavab oyunu avqustun 29-da Bakıda keçiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən