Voleybolçularımız Avropa çempionatına qələbə ilə başladı

 20:39 23.08.2019     379

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında ilk oyununa çıxıb.

Redaktor.az-ın məlumatına görə, Covanni Kapraranın komandası Xorvatiya ilə üz-üzə gəlib. Macarıstanın paytaxtı Budapeştdə keçirilən qarşılaşma yığmamızın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra  Azərbaycan iki,  Xorvatiya isə bir xal qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi növbəti görüşünü avqustun 25-də Hollandiyaya qarşı keçirəcək. 

Avropa çempionatı, C qrupu, 1-ci tur

Azərbaycan - Xorvatiya - 3:2 (25:13, 20:25, 22:25, 26:24, 17:15)

Rüfət Xəlil / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən