“Bavariya” futbolçusunu Fransa klubuna satıb

 09:52 24.08.2019     380

Portuqaliya milli komandasının futbolçusu Renatu Sançes Almaniyanın “Bavariya” klubunu tərk edib.

Redaktor.az-ın məlumatına görə, yarımmüdafiəçi Fransanın “Lill” komandasına keçib.

R.Sançes yeni klubu ilə 4 illik müqavilə imzalayıb. O, 2023-cü ilə qədər “Lill”in uğurları üçün çalışacaq. “Bavariya” bu transferdən 15 milyon avro qazanıb. Məbləğ bonuslar hesabına arta da bilər. Düzdür, neçə vaxtdır davam edən danışıqlar zamanı almaniyalılar 25 milyondan az qazanmamaqda israrlı idi. Lakin sonda tərəflər daha aşağı qiymətə razılıq əldə edə biliblər.

Vumart və Güvən reklamı Vumart Güvən