Azərbaycan cüdoçuları dünya çempionatına məğlubiyyətlə başlayıblar

 19:37 25.08.2019     291

Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə dünya çempionatına start verilib.

Redaktor.az-
ın apa.az-a istinadən  məlumatına görə, mindialın ilk günü Azərbaycan yığması üçün uğursuz alınıb.

Milli üzvü Davud Məmmədsoy (60 kq) və Aişə Qurbanlı (48 kq) ilk görüşlərini qalib başa vursalar da, növbəti qarşılaşmalarda məğlub olublar.

Leyla Əliyeva (48 kq) isə ilk görüşdə portuqaliyalı rəqibinə uduzub.

Avqustun 26-da təmsilçilərimizdən Nicat Şıxəlizadə (66 kq), Gültac Məmmədəliyeva (52 kq) və Larisa Florian (52 kq) tatami üzərinə çıxacaqlar.

Vumart və Güvən reklamı Vumart Güvən