"Fənərbağça" 6 il sonra bunu bacardı

 23:09 25.08.2019     425

Türkiyə Super Liqasının 2-ci turunda səfərdə "Başakşehir"lə qarşılaşan "Fənərbağça" meydandan 2:1 hesablı əzmkar qələbə ilə ayrıldı.

Redaktor.az goal.az-a istinadən xəbər verir ki, bu oyun qonaq komanda üçün əlamətdar olub.

Belə ki, "Fənərbağça" 6 mövsüm sonda mövsümün ilk iki turunda qələbə qazanıb. Sözügedən komanda bu mövsümün açılış turunda da "Qazişehir"ə 5:0 hesabıyla qalib gəlmişdi.

"Fənərbağça" sonuncu dəfə belə uğura 2011/12 mövsümündə imza atmışdı. Ondan sonrakı 6 mövsümdə komanda ilk iki turda 6 xal qazana bilməmişdi.

Vumart və Güvən reklamı Vumart Güvən